Mili Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri, Nizami rayonu 229 saylı tam orta məktəbin həyətində Birinci və İkinci Qarabağ müharibələrində vətən uğrunda canlarından, qanlarından keçərək şəhadət zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsinə qoyulan abidənin açılış mərasimində iştirak edib.
Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili Könül Nurullayeva təxminən bir il əvvəl başlanan Vətən müharibəsində qəhrəman hərbçilərimizin göstərdiyi şücaətdən, o cümlədən xalqımızın nümayiş etdirdiyi birlik və bərabərlikdən söhbət açıb. Tədbir zamanı, həmçinin Milli #Qəhrəman Yuri Kovalyov, qartal təxəllüslü Aydın Manerov, çavuş Timur Əliyev, Emil Baxşılıyev, Zəbiyulla Məmmədov, Nicat Əhmədov və Əsəd Əsədlinin simasında bütün şəhidlərimizin ruhu böyük hörmət və ehtiram hissi ilə anılıb, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.