Veteüninfo.az xəbər verir ki, millət vəkili Könül Nurullayeva rayon ərazisində seçiciləri ilə görüşləri davam etdirməkdədir. Həftə ərzində Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan 19 vətəndaşımız tərəfindən Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirdib.
Millət vəkili karantin qaydalarını da nəzərə alaraq keçirilən görüşdə ümumilikdə 8 vətəndaşı fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.
Məlumatınız üçün bildirək ki, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında bankdan ipoteka krediti götürmüş vətəndaşların yaşadığı çətinlik, əsassız şəkildə kəsilmiş əlillik pensiyasının yenidən verilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, İkinci Qarabağ müharibəsi iştirakçısının və qazisinin işlə təmin olunması ilə bağlı məsələlər başlıca yer almışdır. Könül Nurullayeva bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda tərəfimizdən aidiyyatı üzrə müvafıq qurumlara ünvanlanacaqdır.