Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilib.
1 ay müddətində davam edən layihənin əsas məqsədi gənclərdə auditoriya qarşısında çıxış etmə bacarığını inkişaf etdirmək, bu bacarıqlardan istifadə etmələri üçün imkan yaratmaq, müxtəlif aspektlərdən olan mövzulara yeni nəslin gözü ilə baxmaq və cəmiyyətdə aktual olan mövzulara yeni həllər tətbiq etdirməkdir.
Layihə “Səs və diksiya”, “Natiqlik”, “Auditoriya qarşısında çıxış” və “Jest və mimikalardan düzgün istifadə” kimi modulları əhatə edib.
Qeyd edək ki, layihədə 16-29 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 40 gənc layihədə iştirak haqqı qazanıb.