image-17backend

Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb

image-reklam_sirab_01

Koronavirusa yoluxan tanınmış diktor, Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.

Zığ Modul Tipli Xəstəxanasından “Report”a bildirilib ki, diktorun reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd olunub ki, E.Bayram hazırda oksigen maskasındadır: “Onun arterial təzyiqi 160-ın 90-a, nəbzi 97, saturasiyası 96, şəkəri isə 227-dir. Huşu aydındır. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, 74 yaşlı Xalq artisti bir müddət əvvəl COVID-19-a yoluxub. O, noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki