Türkiyə ilk gündən Krımın qeyri-qanuni ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan Krım Platformasının Kiyevdə keçirilən üçüncü zirvə toplantısı ilə bağlı videomüraciətində bildirib.
“Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-legitimliyini ciddi şəkildə müdafiə edir. Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsində də mövqeyimizi qoruyuruq. Biz hər yerdə, xüsusən də BMT-də bəyan edirik ki, Krım Ukraynanın bir hissəsidir. Krımın yerli xalqlarından biri olan Krım tatarlarının təhlükəsizliyini və rifahını təmin etmək də bizim prioritetlərimizdən biridir”, – deyə o bildirib.


























