“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar hələ tükənməyib”. “Armenpress”-in yazdığına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətindəki hərbi hissələrdən birində jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir. “Vəziyyət KTMT-nin diqqətindədir və Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə uyğun monitorinqi həyata keçirilir”, – S.Zas vurğulayıb.