image-11backend

Küveyt İranın körfəzdəki Əl-Dərə qaz yatağı ilə bağlı iddialarına etiraz edib 

image-reklam_sirab_01

Küveyt baş nazirinin müavini və neft naziri Səəd Əl-Bərraq, İranın körfəzdəki Əl-Dərə qaz yatağına iddiaları ilə bağlı ölkəsinin tamamilə qarşı olduğunu bildirib.
Vətəninfo.az “Küveyt” xəbər agentliyinə istinadən xəbər verir ki, Səəd Əl-Bərraq deyib:
“Əl-Dərə qaz yatağı Küveyt və Səudiyyə Ərəbistanına məxsus təbii sərvətdir və onun bir hissəsi İran və Küveyt arasında müəyyən edilməmiş sularda yerləşir. İki ölkə arasında dəniz sərhədləri müəyyən edilənə qədər, başqa heç bir tərəfin qaz yatağını istismar etmək hüququ yoxdur”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki