image-reklam-veteninfo
image-24jpg-1678086815backend

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

image-reklam-veteninfo

Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək.

Vətəninfo.az xəbər verir ki, Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Üstəlik, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki