“Macarlar vaxtilə Asiyadan Avropaya köç etmiş türklər olduğundan və eyni sivilyasiya mədəniyyətinə malik olduğumuzdan əlaqələrimiz güclüdür. Hələ müstəqilliyimizin ilk illərində Macarıstan türk dövlətlərinin inteqrasiyasına böyük maraq göstərirdi “- bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, macar şirkətləri işğaldan azad edilmiş Qarabağda da böyük əzmlə calışırlar.
“Macarıstan bizim arasında dostluq əlaqələri, həmçinin iqtisadi əlaqələr yüksək səviyyədədir”- deyə Cavanşir Feyziyev bildirib.