image-2424e545-181e-3e81-bd2d-105d5ff0ed64_850backend

Mahir Emrelinin komandası Çempionlar Liqasına heç-heçə ilə başlayıb

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Veteninfo-nun məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

“Qarabağ” Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edib. Ermənistan “Pünik”i evdə Lüksemburq “Düdelanj”ına uduzub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada Şimali Makedoniyanın “Şkupi” kollektivi ilə bacarmayıb – 2:2. 25 yaşlı forvard zədədən sonra bərpa prosesi keçdiyi üçün bu qarşılaşmada iştirak etməyib.

“Lüdoqorets” Bolqarıstanda İrlandiya “Şemrok Rovers”inə böyük hesabla qalib gəlib. “Midtüllann” Danimarkada Kiprin AEK (Larnaka) komandasının müqavimətini qıra bilməyib. Norveç “Budyo Qlimt”i isə Şimali İrlandiyada “Linfild”ə məğlub olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki