Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Masallı şəhəri ərazisində yerləşən “Retro” çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Karantin qaydalarının pozulduğu obyektin icarədarı və 2 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.