Xaçmazda polis minik avtomobilini qaçıran şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Veteninfo.az-a verilən məlumata görə, avqustun 26-da Xudat şəhər sakini Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırıldığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar. Həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su matorları, elektrik naqilləri (kabel), mis məftillər oğurlladıqları da müəyyən edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.