Amerikalı qanunverici Mayk Conson (Respublikaçı, Luiziana) Nümayəndələr Palatasının spikeri seçilib.
Vətəninfo.az xəbər verir ki, Conson 220 səs toplayıb ki, bu da onun qələbəsi üçün kifayətdir.
Qapalı səsvermədən sonra respublikaçıların əksəriyyəti konqresmen Consonun Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini dəstəkləyib.
Bu mövqe ABŞ hökumət iyerarxiyasında üçüncü ən vacib mövqedir.


























