Vətəninfo.Az xəbər verir ki, tədbirləri giriş sözü ilə “İqtisadçı Tələbələr Dəstək” İctimai Birliyinin sədri Səməd Rzazadə açaraq layihə barəsində geniş məlumat verdi.
Tədbirlər zamanı sağlam qidalanma mütəxəssisi, “Qida Təhlükəsizliyi Hərəkatının” sədri Məhsəti Hüseynova sağlam və düzgün qidalanma, yuxu rejimi, fiziki aktivlik, mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı yeyinti məhsulları, qida qatqı maddələri barədə geniş məlumat verdi.
Sağlam qida təbliğatçısı, “Qida Təhlükəsizliyi Hərəkatı”nın həmtəsisçisi Asim Vəliyev məktəblilərə qida zəncirinin mərhələləri, qida qaynaqlı xəstəliklər, qida seçərkən diqqət ediləcək məqamlar barədə məlumat verdi.
Tədbirlərin sonunda məktəblilərə layihə “Sağlam Həyat bələdçisi” adlı kitabçalar paylanıldı və iştirakçılara sertifikatlar təqdim olundu.