image-img-20230916-wa0012backend

Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafında yeni imkanlar

image-reklam_sirab_01

Dövlətimizin başçısı İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunan mövzular sırasındandır. Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur.

Prezident İlham Əliyevin tədbirə fəxri qonaq qismində dəvəti Azərbaycan-Tackistan əlaqələrinin bugünkü inkişaf səviyyəsinin, həmçinin liderlərin şəxsi münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə daha da möhkəmlnməsində rolunun aydın mənzərəsini yaradır. Ümumilikdə tarixi Zəfərimiz Türk dünyası ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer alması və onun yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində daşınmasına böyük töhfə verəcək. Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında Azərbaycanın nəqliyyat imkanlarından, əlaqələrin daha da möhkəmlənməsi üçün hədəflərdən bəhs etdi. Bildirdi ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparılır.
Qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrin inkişafında stimulverici amildir. Prezident İlham Əliyev Tacikistana səfərinin əlaqələrimizin daha da möhkəmlənəcəyinə xidmət edəcəyini bildirdi. Həmçinin Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözlədiyini vurğuladı.
Cənab Prezidentin çıxışında yer alan fikirlərin hər biri Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, ümumilikdə hədəflərə doğru birgə addımlamağa nə qədər böyük önəm verdiyini açıqladı. Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, əməkdaşlıq mesajını ünvanlayır.
Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu oynamasında stimulverici amildir. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında, səfərlərində Azərbaycanın bu sahədə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq körpüsünü birgə səylərimiz nəticəsində daha da möhkəmləndirməyin vacibliyini bildirir. Ölkəmizin beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu davam edəcək. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image