“Ailəyə fayda verməyə çalışmaq bir ailə qərarı idi. İki çətin il keçirdik, hər şey bizim üçün yaxşı olmadı, bizə çox baha başa gəldi. Barselonada yaşadığımız günlərə bir az qayıtmaq istəyirdim. Gündəlik həyatdan, uşaqlardan, ailənin yaxşı olması üçün, mənim əvvəllər heç vaxt yaşamadığım idman həyatından zövq almaq istəyirdik.” – Vətəninfo.az xəbər verir ki, bu sözləri “Mayami İnter”inin hücumçusu Lionel Messi son müsahibəsində Paris, “PSJ”dən niyə ayrılıb ABŞ-a köçməsi ilə bağlı suala cavab verərkən deyib.