image-51backend

Mikayıl Cabbarov: “2022-ci ildə Azərbaycanda investisiya fəallığının artması gözlənilir”

image-reklam_sirab_01

“2022-ci ildə cari ilə nisbətən Azərbaycanda investisiya fəallığının artmağa başlaması gözlənilir”.

Veteninfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu isə növbəti ildə əsas kapitala investisiyaların real artım tepminin 2021-ci ilə nisbətən 3,6 %-ə çatmasını proqnozlaşdırmağa əsas verir: “Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, habelə əmək bazarında şəffaflaşmanın davam etməsi şəraitində ölkədə orta aylıq əmək haqqının 2022-ci ildə 807 manat təşkil etməsi proqnozlaşdıırlır.

2022-ci ildə İqtisadiyyat Nazirliyinin inflayasiya üzrə proqnozu 4 % təşkil edirdisə, orta aylıq əmək haqqının real artım tepmi 4,5 % səviyyəsində proqnozlaşdırılır. İnflyasiya proqnozu hazırlanarkən dünyada ərzaq bazarlarında qiymətlərin sabitləşməsi ilə bağlı beynəlxalq təşkilatların son proqnozları da nəzərə alınıb. Yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatının böyük dəyişikliklərə səbəb olacaq. Növbəti beş il azad edilmiş ərazirləin bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası baxımından tarixi dövr olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki