image-img-20210529-wa0040backend

Millət vəkili Könül Nurullayeva yenicə təmir edilmiş futbol meydançasını sakinlərin istifadəsinə verib

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə mütəmadi səyyar qəbullar keçirir. Millət vəkili ötən səyyar görüşlər zamanı R. Rüstəmov küçəsi 54, 58, 60 saylı binaların ümumi həyətində yerləşən idman meydançası ilə yaxından tanış olduğunu bildirib. Uzun müddət idman sahəsində çalışan K.Nurullayeva hər zaman idman və bədən tərbiyəsinin sağlamlıq üçün faydalarından bəhs edir. “Gənclərimizin xüsusilə bu karantin şəraitində fiziki tərbiyə və idmanla məşğul olma imkanlarını təmin etmək bizim üçün prioritet olmalıdır”, deyə deputat bildirib.
K. Nurullayeva sakinlərdən qeydə alınan çoxsaylı müraciətlərə əsasən idman meydançasına baxış keçirərkən stadion təmirsiz və dağılmış halda olub. Bu səbəbdən gənclər asudə vaxtlarını səmərəli keçirmək üçün stadiondan yararlana bilmirdi.​ Vəziyyətlə yerində tanış olan millət vəkili dərhal stadionda bərpa işlərinə start vermək məqsədilə aidiyyatı qurumlara müraciətlər edib. “Özümüz də bacardığımız qədər mənəvi və maddi dəstək göstərməyə çalışaraq, idman meydançasında bərpa işlərini sona çatdırdıq”, deyə millət vəkili vurğulayıb.
Qeyd edək ki, R. Rüstəmov küçəsi 54, 58, 60 saylı binaların ümumi həyətyanı ərazisində yerləşən idman meydançası artıq məhəllə sakinlərinin, gənclər və idmansevərlərin istifadəsinə açıqdır. K. Nurullayeva stadionda təmir işlərinin qısa zamanda tamamlanması üçün göstərdiyi xüsusi dəstəyə görə AFFA rəhbərliyinə, xüsusilə də​ icraçı vitse-prezident Elxan Məmmədova öz dərin təşəkkürlərini çatdırıb.

Millət vəkili karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlərini bundan sonra da davam etdirəcəyini, problemlərinin həllində vəsilə olmağa çalışacağını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki