image-img-20210512-wa0024backend

Millət vəkili Ramil Həsən Ramazan bayramı ərəfəsində qazi və köməyə ehtiyacı olan ailələri ziyarət etdi

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsən
“Tək Millət, Tək Ürək” Beynəlxalq Hümanitar Patforması çərçivəsində “İnvestAZ” Qrupun dəstəyilə “Ramazan sovqatı” aksiyası daxilində Ucar rayonunda yaşayan Qazi və köməyə ehtiyacı olan ailələri ziyarət etmişdir. 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə qazilərə təşəkkür bildirilib, onlara can sağlığı arzulanıb, eyni zamanda aztəminatlı ailələrin problemləri dinlənilmiş, qeydlər aparılmışdır.  Prezident cənab  İlham Əliyev tərəfindən şəhid və qazi, o cümlədən köməyə ehtiyacı olan ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların önəmi vurğulanıb.
Daha sonra “İnvestAz” Qrup adından Ramazan sovqatları ailələrə təqdim edilmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki