image-0backend

Millət vəkili seçiciləri üçün iftar verdi -FOTOLAR

image-reklam_sirab_01
Millət vəkili Elnur Allahverdiyev seçiciləri üçün iftar məclisləri təşkil edib. Vətəninfo.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabından yazıb.
“Bütün İslam dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı başa çatır. Hər birimiz paklıq, saflıq və dürüstlük ayı olan Ramazanın ən ali nöqtəsi – bayram günlərini qeyd etməyə hazırlaşırıq.
Düz bir ay ərzində xalqımız Ramazanın tələblərinə uyğun olaraq oruc tutdu, iftar açdı, firavan həyat üçün Tanrıya dualar etdi. Bu ay ərzində biz də oruc tutan inanclı seçicilərimizlə birlik nümayiş etdirmək məqsədilə onlara mənəvi dəstək olmağa çalışdıq. Aprel ayının 9-u, 11-i, 13-ü və 15-də dairəmizin müxtəlif yerlərində iftar məclisləri quruldu, dualar oxundu. Bu məclislərdən ikisi dairəmizin şəhidləri – Mahmud Cavadov və Hüseyn Tağıyevin yaşadıqları evlərin önündə keçirildi. İftar məclisinə toplaşan sakinlərimiz həmçinin şəhidlərimizin müqəddəs ruhuna da dualar oxuyub, onların ailələri ilə həmrəyliklərini nümayiş etdirdilər.
Qarşıdan bayram günləri gəlir. Allah dövlətimizi güclü və bütöv, xalqımızı həmrəy etsin. Sərhədlərimizi və ərazi bütövlüyümüzü təmin edən övladlarımızı qorusun. Bayrağımız daima ucalarda dalğalansın!”- millət vəkili Elnur Allahverdiyev qeyd edib.
image-0 image-1 image-2 image-3 image-4

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki