image-1backend

Millət vəkili seçicilərlə görüşdü -FOTOLAR

image-reklam_sirab_01

Millət vəkili  Cavanşir Feyziyev 115 saylı seçki dairəsində yerləşən Baş Zəyzid kəndində seçicilərlə görüşüb. Kənd ziyalılarının toplaşdığı mədəniyyət evində baş tutan görüşdə sakinlərin yaşayışı, yeni dərs ilinə hazırlıq və kəndin sosial infrastrukturu ilə bağlı məsələlər ətrafında söhbətlər aparılıb. Vətəndaşlar Baş Zəyzid kəndində təhsil səviyyəsinin yüksək nəticələrindən, yolların qənaətbəxş olmasından və eləcə də kənd bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən kəndin abadlaşdırılması üzrə səmərəli layihələrin həyata keçirilməsindən danışıblar. Sakinlər kəndin problemlərinə laqeyd qalmayan deputata minnətdarlıqlarını bildiriblər. Kənd İcra nümayəndəsi və bələdiyyə sədri kəndin abadlaşdırılması üzrə irəli sürdükləri təşəbbüslərə dəstək verdiyinə görə deputata minnətdarlıq ediblər. Deputat Cavanşir Feyziyev hazırda ölkənin hər tərəfində və xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan abadlıq və quruculuq işlərindən danışıb. Deputat həmçinin kənd bələdiyyəsinə subvensiya layihələri haqqında məlumat verib və bu layihələr yolu ilə kənddə yeni iş yerlərinin yaradılması haqqında öz təkliflərini səsləndirib.

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki