image-received_1576131429577477backend

Müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşması və inkişafının nəzəri əsasları

image-reklam_sirab_01

Azərbaycan xalqının tarixinin ən parlaq səhifələrindən birini təşkil edən 15 İyun Milli Qurtuluş günü şərəfli ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşması və inkişafının nəzəri əsasları birbaşa ulu öndər Heydər Əliyev dühasının məhsuludur.
Məlumdur ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanması təhdid altında idi. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır. Buna görə də 15 İyun Azərbaycan xalqı üçün əsl Qurtuluş Günü, şərəfli tarixi missiyanın başlanğıcıdır.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu tipli epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən öncə, belə bir vacib aspekti önə çəkmək vacibdir ki, Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib.
Bu dahi Liderin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi xarakterizə olunur. Sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ-hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi.
Modern dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanır: sosial ədalət və sosial rifah. Ümummilli Lider Heydər Əliyev sosial sahədə dövlətin vəzifəsini bunda görürdü: “Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik…”
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın tarixində də, sabahında da iştirak edən, xalqımızın və ölkəmizin yollarına daim işıq salan tarixi şəxsiyyətdir. Ulu Öndərin şah əsəri – müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir. Xalqımız cənab İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin öyrətdiyi kimi, dövlətçilik ənənələrini, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını nümayiş etdirir. Uğurlu strateji kursun nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib.

 

Ümid Şükürov,

Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki