image-4backend

Muğam tədqiatçısı Mədəniyyət nazirinə müraciət etdi

image-reklam_sirab_01

Muğam korifeylərinin irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Mədəniyyət naziri Anar Kərimova müraciət edib.

Veteninfo.az-ın məlumatına görə, tədqiqatçının müraciətində Azərbaycan muğam tarixində xüsusi yeri olan aşağıdakı üç şəxsin məzarının restavrasiya olunması xahiş edilib:

Seyid Şuşinskinin Fəxri xiyabandakı məzarı;
Şirvan muğam məktəbinin yaradıcısı Mahmud ağanın Şamaxıdakı məzarı;
Mirzə Adıgözəl bəyin Goranboy rayonunun Rəhimli kəndində yerləşəm məzarı;

G.Kazımlı bildirib ki, uçub-tökülən bu məzarların təmirinə çox böyük ehtiyac var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki