1.YAŞAT fondu
Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsindədövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavədəstək verilməsi (maliyyə yardımlarının göstərilməsivə digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçünşəffaf, effektiv və əlçatan platformanınformalaşdırılması məqsədilə yaradılıb.
‘’Azərbaycan Respublikasının ərazi bütövlüyününmüdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbiqulluqçulara və şəhid olmuş şəxslərin ailələrininüzvlərinə;
işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələriniyerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdənsonra onun nəticələrinin aradan qaldırılmasında iştiraketməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlətorqanlarının (qurumlarının) .əməkdaşlarına və ya həlakolmuş əməkdaşların ailə üzvlərinə
Müharibədən sonra mənim təşəbbüsümlə QarabağDirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlərkönüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm“YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsaithesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həmxüsusilə xaricdə müalicə alır, həyata qayıdır, özsağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmazəlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalıidi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bugün biz bunu görürük’’
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2.QARABAĞ DİRÇƏLİŞ Fondu
Azərbaycan Respublikasının işğaldan azad edilmişərazilərdə dayanıqlı məskunlaşma üçün müasir vəlayiqli həyatın təmin edilməsi, bütün sahələrdəquruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelətəhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahındavamlı artmasının dəstəklənməsi məqsədiləyaradılmış qurum. Azərbaycan Respublikasınınprezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanıəsasında publik şəxs kimi yaradılmışdır.
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs kimiyaradılmasının əsas məqsədi AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərininbərpası və yenidən qurulması, habelə dayanıqlıiqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsiistiqamətində həyata keçirilən tədbirlərə maliyyədəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təminedən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruritəşviqat işlərini həyata keçirməkdir.
İşğaldan azad edilmiş ərazilərdə dayanıqlıməskunlaşma üçün müasir və layiqli həyatın təminedilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıqişlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasınındəstəklənməsi də əsas məqsədlərdəndir.
HÜMBƏTLİ FİRUZƏ–ADPU