image-59f79afd-953f-4bf9-a036-d9f2cc4b5fb4backend

Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir

image-reklam_sirab_01

“Xeyriyyəçilik” termini insanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətlər və hərəkətlər barədə assosiasiya yaradır. 

Bununla da, xeyriyyəçilikişlərinin dairəsi konkret, özü də bir qayda olaraq, əhalinin sosial baxımdan zəif təbəqələrini təmsiledən insanlara – əlillərə, yetimlərə, qocalarabaşqalarına bu və ya digər şəkildə köməkgöstərilməsi ilə məhdudlaşır. Bu mənada xeyriyyəçilik anlayışının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin, əsasən, zəiflərəehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır

Bununla bərabər, müasir anlamda xeyriyyəçilikdaha geniş məna daşıyır, cəmiyyətin rifahınaminə hər cür təmənnasız könüllü fəaliyyətiəhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimaihəyatın müxtəlif sahələrinin – təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Bu fəaliyyəthəm fiziki, həm də hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Həmin yardımı alanlar da həm fiziki, həm də hüquqi şəxslər ola bilər.

Azərbaycanda xeyriyyəçiliyin qədim köklərivardır. Lakin

XIX əsrin sonunda xeyriyyəçilik geniş miqyasalır, yeni forma və məzmun kəsb edir, hüquqinormaya çevrilir, bu sahədə təşkilatlaryaranır. Azərbaycanda kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxadurmaq, təhsil almağa imkanı olmayan uşaqlaraəl tutub, onların oxumasına yardım etmək kimi humanist ideyalara qulluq edən belə bir cəmiyyətin yaradılması xalqımızın ictimai fikir tarixində xüsusi yeri olan böyük maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun. Atası onu bir bənnanınyanına şagird qoydu. Balaca Zeynalabdin bənna üçün palçıq daşıyır və hər gün 6 qəpik pul qazanırdı.12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında bənnalıq etməyə başladı.Neft işi ilə məşğul olduqdan sonra ölkəsinin ən varlı insanlarından birinə – milyonçu Tağıyevəçevrildi. Amma o, yoxsulları, yetim və acları unutmadı. Çox sayda imkansız uşağın təhsilhaqqını verib, onları oxutduMəktəblərə yardım etdi. Bakıda ilk sənət məktəbini açdı. Qubadan Bakıya su kəməri çəkdirdi. Mərdəkandaelektriklə işləyən dəyirman tikdirdi. Bu, Hacı Zeynalabdin Tağıyevin millətimiz üçün gördüyü işlərin yalnız bir qismidir. Onun Azərbaycanxalqı qarşısında ən böyük xidmətlərindən biri qızları təhsilə cəlb etməsidirXIX əsrin 80-ci illərində Azərbaycandakı ictimai-iqtisadi və siyasi həyatı yaxından dərk edən böyükmütəfəkkir, Bakı realnı gimnaziyasında müəllim işlərkən burada təhsil alan kasıb, kimsəsizuşaqların acınacaqlı həyatına ürəkdən acıyaraq, onlara kömək, maddi yardım etmək məqsədi ilə xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsünəqoşulur. Onun «Həyat» qəzetinin 1905-ci il 25 noyabr tarixli 107-ci sayında çap etdirdiyi«Cəmiyyəti xeyriyyə binası» adlı məqaləsindəAzərbaycanda ilk xeyriyyə cəmiyyətininyaranması tarixini açıqlayır. H.Z.Tağıyevinsavab əməllərinin siyahısı çox uzundur. O özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqınaolan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi.Sovethakimiyyətinin Azərbaycanı işğalı zamanında Nəriman Nərimanovun göstərişi ilə Tağıyevəmülk seçmək imkanı verilir. O özünün əlindənalınmış keçmiş mülkiyyətindən ancaqMərdəkandakı bağ evini seçmişdir. Yaxşılıqitmir, indi böyük xeyriyyəçinin adı qəlblərdəyaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsilocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmiş, böyük xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları, diplomlar təsis edilmişdir. Onu da qeyd etmədən keçmək olmaz ki, 18 yanvar 2022-ci ildə Azərbaycanmilyonçusuxeyriyyəçi H.Z.Tağıyevin 250 sm hündürlüyündə olan heykəli qoyulmuşdur. Heykəl qoyulduğu andan etibarən hər kəsin marağına səbəb olmuşdurheykəltaraşı Xanlar Əhmədovdur.

H.Z.Tağıyevdən başqa da ölkəmizdəxeyriyyəçilər yetişmişdir. Ağa Musa Nağıyev, Hacı ağa Dadaşov, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Teymur bəy Aşurbəyov kimi xeyriyyəçilərimizxalqımız üçün böyüktöhfələr vermişdir. Hal-hazırda ilk addımları H.Z.Tağıyev tərəfindən atılan xeyriyyəçilik işləriölkəmizdə aparılmağa davam edir.

Niftiyeva Günel. Azərbaycan DövlətPedaqoji Universiteti.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki