image-4backend

“Müstəqil həyata sağlam inteqrasiya” layihəsi uğurla davam edir.

image-reklam_sirab_01

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsi uğurla davam edir.
Layihə çərçivəsində bir qrup gəncin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə məlumat turu təşkil edilib. Layihənin 50 nəfərədək iştirakçısına Mərkəzdəki təlim və yaradıcılıq prosesi ilə yaxından tanışlıq imkanı yaradılıb. Qonaqlara Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan bu unikal məkanda həssas əhali qruplarına aid şəxslərlə həyata keçirilən psixo-sosial dəstək tədbirləri barədə məlumat verilib. Rəqs studiyasındakı məşqi izləyən qonaqlar buradakı təlim prosesinə qoşulublar. Gəncləri maraqlandıran suallar cavablandırılıb.
O cümlədən, layihə çərçivəsində ikinci ekskursiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan Bilim Bakı mərkəzinə təşkil olunub.
Layihə iştirakçılarına bildirilib ki, Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib. Mərkəzdə hər biri 20 şagird tutumlu 6 laboratoriya fəaliyyət göstərir. Burada şagirdlərin iştirakı ilə həyata keçirilən “Deneyap” proqramı erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndislərinin, elm adamlarının və innovativ sahibkarların yetişməsinə dəstək verir.
Sonda layihə iştirakçılarının sualları cavablandırılıb.

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki