image-reklam-veteninfo
image-1backend

Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT – FOTO

image-reklam-veteninfo

Naxçıvan Muxtar Respublikası təhsil nazirinə müavin təyin edilib.

Vətəninfo.az  oxu.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Elxan Tarqulu oğlu Nəcəfov bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

1697446233_photo_93969.jpg (97 KB)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki