image-32backend

Nazir: “OPEC+ çərçivəsində hasilatla bağlı razılaşmalara əməl ediləcək”

image-reklam_sirab_01

“OPEC+ formatı çərçivəsində daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq dekabrda gündəlik neft hasilatı 400 min barel artırılacaq”.

Veteninfo.az xəbər verir ki, bunu Abu-Dabi Beynəlxalq Neft Sərgi Konfransında (ADIPEC) iştirak edən Omanın neft və qaz naziri Məhəmməd bin Həməd əl-Rumhi bildirib.

Xatırladaq ki, ötən il pandemiya nəticəsində neftə tələbat kəskin azalanda OPEC+ formatı 2020-ci ilin may ayından gündəlik hasilatı 9,7 milyon barel azaltmış, sonrakı dövrdə hasilat ixtisarına dair razılaşma şərtləri yumşaldılmışdı. Bu ilin avqust ayından etibarən gündəlik hasilat ayda 400 min barel artırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki