image-faa8497c-283a-38ab-864d-4e2a20b8cf5d_850backend

Neft bahalaşmadan sonra korreksiya çərçivəsində ucuzlaşıb

image-reklam_sirab_01

Dünya bazarlarında neftin qiyməti 2014-cü ildən sonra ən yüksək həddə çatdıqdan sonra korreksiya çərçivəsində aşağı düşüb.

Veteninfo.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,25% ucuzlaşaraq, 1 bareli 96,59 ABŞ dollarına, may fyuçersləri isə 0,44% ucuzlaşaraq, 93,43 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,5% aşağı düşərək, 1 bareli 91,44 ABŞ dolları təşkil edib.

Dünən “Brent” markalı neftin qiyməti 2014-cü il sentyabrından sonra ilk dəfə olaraq, 1 barel üçün 99 ABŞ dolları həddini ötüb.

Buna Rusiya Prezidenti Vladimir Putinin Ukrayna daxilindəki qondarma xalq respublikalarının suverenliyinin tanınması haqqında qərarından sonra Ukrayna ətrafında vəziyyətin kəskinləşməsi səbəb olub.

Bundan sonra bir sıra ölkələr, o cümlədən, Aİ ölkələri, ABŞ, Böyük Britaniya yeni sanksiyalar tətbiq etmək niyyətlərini açıqlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki