8Nərimanov rayonunda “26 iyun-Azərbaycan Silahlı Qüvvələr günü” şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları ilə qeyd edilmişdir.
Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Azərbaycan ordusunun 100 illiyi” medalları ilə təltif olunmuş baş leytenant Hümbətov Azad Arif oğlunun yaşadığı həyətdə onun şərəfinə qoyulmuş barelyefin və “Abad həyət”in açılışı olub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Sahib Alıyev, Müdafiə Nazirliyinin nümayəndələri, icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilk öncə “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” münasibətilə rayon sakinlərini, şəhid ailələrini və Vətən Müharibəsi iştirakçılarını təbrik etmişdir. Daha sonra rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azad Hümbətova Allahdan rəhmət və ailəsinə səbr diləyib. Azad kimi qəhraman oğullarımızın daim xalqımızın qəlbində yaşayacağını, xatirələrinin hər zaman əziz tutulacağını, ailələrinin qürurlu və rifah halında yaşaması üçün dövlətimiz tərəfindən hər cür dəstəklə əhatə olunduqlarını və bu qayğının hər zaman davam edəcəyini qeyd edib.
Milli Məclisin üzvü Sahib Alıyev isə çıxışında Ordumuzun keçdiyi şərəf yolundan, danışmış, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda yetişməsi üçün Vətən uğrunda şəhid olmuş əsgər və zabitlərin qəhərəmanlıqlarının tanıdılmasının vacibliyini qeyd etmişdir.
Digər çıxışçılar da öz növbəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun tarixi qələbəsindən, azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gedən sürətli quruculuq işlərindən söz açmışlar.
Sonda şəhidin ailəsi Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə hər zaman göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Daha sonra İcra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri Birinci Qarabağ Müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Milli Qəhrəmanlarımız Albert Aqarunov, Əliyar Əliyev və Koroğlu Rəhimovun xatirələrin ucaldılmlış abidələri önünə əklillər qoymuş, onların xatirələrini yad etmişlər.