image-2021-08-10-5backend

Nərimanov rayonunda dezinfeksiya işləri gücləndirilir

image-reklam_sirab_01

Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq,  koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi uğurla həyata keçirilir. Son dövrdə yoluxanların sayında artan dinamikanı nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonunda da ümumrayon dezinfeksiya həftəsi elan olunmuşdur. Belə ki, rayonun ərazisində yerləşən bütün yaşayış binalarının və digər tikililərin girişlərində, həyətyanı sahələrdə, azyaşlılar üçün nəzərdə tutulmuş oyun meydanlarında və səkilərdə, tullantı meydançalarında, insanların toplaşdığı istirahət guşələrində, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə rayonun əsas küçə və prospektlərində xüsusi texnika vasitəsilə dezinfeksiya işləri aparılmışdır. Onu da qeyd edək ki, dezinfeksiya tədbirləri əvvəlcədən müəyyən edilmiş qrafik üzrə bütün rayon ərazisində həyata keçirilməkdədir.

Rayon İcra Hakimiyyətindən əlavə olaraq bildirilmişdir ki, son günlər ölkə ərazisində “Covid-19” virusuna yoluxanların sayında müşahidə olunan artımı nəzərə alaraq, Nərimanov rayonunda yaradılmış Operativ Qərargah tərəfindən insanların sıx olduğu idman zallarının, gözəllik salonlarının və sair ictimai iaşə obyektlərinin rəhbərləri ilə, həmçinin vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, vətəndaşlarımızı bu pandemiyada özlərini maksimum qorumağa, “Covid-19” virusunun qarşısının alınması üçün karantin qaydalarına ciddi riayət etməyə çağırmışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki