image-1-1backend

Nərimanov rayonunda Vətən Müharibəsi şəhidi Əkbər Quliyevin doğum günü qeyd olunub

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Əkbər Quliyevin doğum günü Nərimanov rayonunda qeyd edilib.
Torpaqlarımızın azadlığını canı, qanı bahasına qoruyan şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı ailə üzvləri ilə birgə ziyarət edilib və igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
Daha sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə ölümündən sonra təltif edilmiş şəhid Əkbər Quliyevin xatirəsinə həsr edilmiş basketbol turniri keçirilmişdir. Qalib komandalara şəhid ailələrinin iştirakı ilə xatirə diplomları təqdim edilib.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən şəhid Əkbər Quliyevin yağlı boya ilə çəkilmiş portreti xatirə olaraq ailəsinə hədiyyə olunub.
Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki