27 sentyabr Anım Günü münasibətilə, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı) tədbir keçirilib.
Əvvəlcə Rayon hüquq-mühafizə orqanları rəhbərlərinin, Rayon Ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin, gənclərin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi əlilləri və veteranların iştirakı ilə Şəhidlərin məzarı ziyarət olunmuş və rayonun Cavadxan küçəsi boyunca Şəhidlərin əziz xatirəsinə 500 ağac əkilmişdir. Sonra tədbir iştirakçılarının iştirakı ilə rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı) tədbir davam etdirildi.
Nəsimi rayon məktəblilərindən ibarət “Şahinlər” komandasının iştirakı ilə hərbi rəhbər rayon rəhbərliyni salamlamış və tədbiri açıq elan etmişdir. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiyəti ilə saat 12.00-da Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səslənmişdir.
Giriş sözü ilə tədbiri açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.
Sonra Nəsimi rayon məktəblilərindən ibarət “Şahinlər” komandasının iştirakı ilə hərbi andiçmə mərasimi keçirilmişdir.
Çıxış edən şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən orden və medallarla təltif olunmuş Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medallar və şəhidlərə həsr olunmuş xatirə şəkilləri təqdim olunmuşdur. Tədbirin sonda xatirə şəkili çəkilmişdir.