Hər il olduğu kimi bu ildə rayonumuzda həm təhsil alan, həm də yaşayan xüsusi qayğıya ehtiyacı olan şagirdlərə rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən diqqət və qayğı göstərilir. Belə ki, 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin xidmətlərinə nəzər salsaq görürük ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur. 1994-cü ildən Ulu öndər Heydər Əliyevin sərəncamı ilə əlillər günü qeyd edilir.
3 dekabr Əlillər günü ilə əlaqədar Nəsimi rayonunda fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qaleriyasında sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət “ Tut əlimdən” adlı satış sərgisi keçirilmişdir.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və rayon sakinləri iştirak etmişlər.
Sərginin keçirilməsində məqsəd gənc nəslin istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına və inklüziv təhsil sisteminin inkişafına şərait yaratmaqdır.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra, uşaqların əl işlərindən və mərkəzin sağlamlıq imkanları məhdud uşaqları üçün “Musiqi dünyamız” adlı dərnəyin üzvü Ceylan Məhəmməd Hüseyn oğlunun fortepianoda solo konsertində ifa etdiyi mahnılar səsləndirilmişdir.
Tədbirdə dərnək üzvlərinin iştirakı ilə suvenirlər, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş edilmişdir.
Tədbirin sonunda fəallıq göstərən dərnək üzvlərinə diplomlar və hədiyyələr təqdim olunub, xatirə şəkillərii çəkilçişdir.
Nəsimi rayonunda fəaliyyət göstərən “3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi”ndə 3 dekabr –Əlillər günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayonda təhsil alan şagirdlər, eyni zamanda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Qonaqlar əvvəlcə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işindən ibarət sərgi ilə tanış olublar. Sonra mərkəzin dərnək üzvlərinin iştirakı ilə konsert proqramını izlənilib. Rəngarəng rəqslər və mahnılar uşaqlara xoş ovqat bağışlamışdı.
Hər il olduğu kimi bu ildə 3 dekabr – Beynəlxalq Əlillər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən “Zabitlər Parkı”nda da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilmişdir.
Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və şagirdlərə nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişdirlər.
Eyni zamanda 3 dekabr – Beynəlxalq Əlillər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti və rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən 268 nömrəli Xüsusi məktəbin qayğıya ehtiyacı olan şagirdləri ilə də görüş keçirilmişdir.
Görüş zamanı Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Bələdiyyəsinin məsul əməkdaşları məktəbdə şagirdləri ziyarət edərək, hədiyyələr təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.