image-00backend

Nəsimi rayonunda fevral ayı ərzində səyyar qəbullar və sakinlərlə görüşlər diqqət mərkəzində saxlanmışdır

image-reklam_sirab_01

Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının cari ilin fevral ayında icrası istiqamətində tədbirlər davam etdirilmişdir.

Rayon ərazisində 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanlarda, o cümlədən mikrorayonlarda təsdiq olunmuş qrafik üzrə RİH başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilmişdir. Keçirilən səyyar qəbul və görüşlərdə 650-dən çox sakinin iştirakı ilə 50-dən artıq müraciət dinlənilmişdir.

Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur. Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxçaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilmiş, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq sahəsində, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək minnətdarlıq etmişlər. Qəbul və görüşlərdə qardaş Türkiyə xalqının fevral ayının 6-da baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə üzləşdiyi kədər hissləri ilə qeyd edilmiş, həlak olanların, şəhidlərimizin xatirəsi sükutla yad edilmişdir.

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu, bu sahədə fəallıq göstərilməsi sakinlərin diqqətinə çatdırılmışdır.

image-00 image-0 image-1 image-2 image-3 image-4 image-5 image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki