image-001-2-1backend

Nəsimi rayonunda şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı ünvanda abadlıq, quruculuq və təmir-bərpa işləri aparılıb.

image-reklam_sirab_01

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli ,ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində artıq rayon ərazisində yaşayan 5 şəhid ailəsinin mənzilində əsaslı təmir işləri aparılıb.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı  20 Yanvar küçəsi 9 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, şəhidin ailə üzvlərinin yaşadığı mənzil əsaslı təmir edilib, binanın giriş hissəsinə Şəhid Toğrul Bərxudarovun barelyefi vurulub.

Hazırlanmış layihəyə uyğun olaraq 3 girişli, 5 mərtəbəli 20 Yanvar küçəsi 9 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın 3 ədəd giriş qapısı və pilləkən qəfəslərinin 12 ədəd pəncərəsi dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub.

Görülmüş işlər çərçivəsində həyətə 1000 kv.m. asfalt örtüyü, 500 kv.m. qazon, 400 kv.m. tamet daşı vurulub, 200 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün 250 p.m. su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, həmişəyaşıl kollar və ağaclar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, yeni mini basketbol meydançası yaradılıb, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 4 nöqtədə işıq dirəkləri quraşdırılıb, həyətdəki 150 p.m istinad divarları bərpa edilib.

Binanın həyətində görülən işlərlə yanaşı şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı 2 otaqlı mənzildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mənzilin mətbəxi tamamilə yenidən qurulub, kombi sistemi çəkilib. Qonaq və yataq otaqları yeni mebel dəstləri ilə təchiz olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Hazırda Vətən müharibəsi Şəhidi Vüqar Məmmədovun ailə üzvlərinin yaşadıqları A.Məhərrəmov küçəsi 68 saylı ünvanda yerləşən 3 otaqlı mənzildə əsaslı təmir işləri aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki