image-image_750x_644f4ac621228backend

Netanyahu: “İranı dayandırmağın yolunu bilirik”

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İranın nüvə gücünə çevrilməsinin qarşısını almağın yeganə yolu həqiqi hərbi təhdiddir.

Vətəninfo.az xəbər verir ki, Netanyahu CNN telekanalına müsahibəsində deyib: “İranın hərbi nüvə dövlətinə çevrilməsini dayandırmaq istəyirsinizsə, yeganə yol real hərbi təhlükədir”.

İsrail, ABŞ və qonşu ərəb ölkələrini nəzərdə tutan baş nazir, “Bu, hamımızın məsuliyyətidir” dedi.

“Bizim qiymətləndirməmizə görə, bəzi iqtisadi və siyasi səylər də daxil olmaqla göstərdiyimiz səylər İranın ilkin planlarına mane olub.

Təxminən 10 il əvvəl indi olduqları yerdə olacaqlarını düşünürdülər, Netanyahu əlavə etdi:
“Biz onları yavaşlata bildik, lakin tamamilə dayandıra bilmədik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki