image-arzuman_muradli-yeni_foto_-2backend

“Nəzarət- buraxılış məntəqəsinin quraşdırlması ilə Qarabağa qanunsuz silah daşınmasının qarşısı alındı” -Arzuman Muradlı

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Məsələ ilə bağlı Vətəninfo.az-a danışan politoloq Arzuman Muradlı deyib ki, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz ərazi suverenliyi bərpa etməsi deməkdir.

“Bu çox vacib və önəmli addımdır. Artıq bununla da demək olar ki, Azərbaycan özünün bütün ərazisində öz hakimiyyət hüquqlarını tam bərpa etmiş oldu. Ermənistanla sərhədə beynəlxalq qanunlara uyğun şəkildə nəzarət edilməsi bir çox problemləri birdəfəlik həll etmiş olacaq. Birincisi, ölkə ərazisinə giriş-çıxış, idxal-ixrac əməliyyatları dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək ki, bu da milli təhlükəsizliyimizin təmin edilməsinin başlıca şərtlərindən biridir. Artıq Azərbaycan ərazisində talan edilmiş mal və məhsulların Ermənistan ərazisinə və ya Ermənistan vasitəsilə üçüncü ölkələrə göndərilməsi mümkün olmayacaq. İkincisi, Ermənistan ərazisindən ermənilərin və üçüncü tərəflərin ərazimizə qeyri-qanuni şəkildə girişinin qarşısı birdəfəlik alınacaq”.

Politoloq hesab edir ki, Ermənistan ərazisindən ölkəmizə, xüsusilə Qarabağ bölgəsinə silah-sursat keçirilməsinə və hərbi qüvvə göndərilməsinə artıq nəzarət- buraxılış məntəqəsinin quraşdırlması ilə son qoyuldu.

“İndi Azərbaycan tərəfi Qarabağda olan separatçı qurumun silahlılarının tərkisilah edilməsi məsələsini həll etmək üçün işlər aparmalıdır. İnanıram ki, tezliklə Qarabağdakı separatçılar bu ərazilərdən qovulacaq. “-deyə Arzuman Muradlı əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki