“Müğənni olmaq istəməzdim. Gərək zamanında müğənniliyi atıb, icitmai fəaliyyətlə məşqul olardım və ya başqa bir peşənin sahibi olardım, ”
Bu fikirləri saytımıza açıqlamasında Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib.
O qeyd edib ki, müğənnilik sənəti ilə məşğul olsa da, daxili aləmi tamamilə fərqlidir.
“Özümü səhnədə görmədiyimi demək istəmirəm. Bu sənət üçün potensialım var. Mən məcburən müğənnilik, aktrisalıq edirəm. Ancaq daxili dünyam tamamilə başqadır. Elə olub ki, hansısa toyda, yaxud başqa məclisdə sənət dostlarımla görüşəndə gözlərim dolub, hamısını qucaqlamaq istəmişəm. Amma bu sənət eyni zamanda insanı rəqabətə sürükləyir, bir-biri ilə düşmən edir”, – deyə Xalq artisti söyləyib. Sədri olduğu “Mədəniyyət dalğası ” İctimai Birliyinin fəaliyyətindən söz acan sənətkar bildirib ki, növbəti ilin layihələrinin hazırlığı gedir və cox maraqlı işlər olacaq.