image-1backend

Nisə Qasımova: “Sənət insanından dost olmaz Eyni sahənin insanlarından dost olmaz. Bu, müğənnilərə də aiddir”

image-reklam_sirab_01

“Sənət insanından dost olmaz Eyni sahənin insanlarından dost olmaz. Bu, müğənnilərə də aiddir”

Bu fikirləri saytımıza açıqlamasında Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib.
“Hazırda sosial şəbəkələrdə nifrət dolu və ifrat hərəkətlər baş alıb gedir. Hansısa müğənnidən yaxşı nəsə eşitmək üçün ümid edirsən. Amma öz həyat yoldaşın kimi hesab etdiyi insanın ifrat dərəcədə təqdim etdiyini görürsən. İnanın ki, bunların hamısı məni bezdirir. Öz şəxsi səhifəmə belə baxa bilmirəm.
Eyni sahənin insanlarından dost olmaz. Çünki bir müğənnini özünə dost biləndə yanılırsan. İnsanların çoxu şöhrətpərəst olub mal-dövlət sahibi olmaq istəyirlər. Bu cür şeylər insana təsir edir. Tanınmışlarla dostluq etməkdən qaçıram. Çünki mənimki onlarla tutmaz. O şəxslərlə dostluğum alınmır. Amma sağlam münasibətlərim var. Kiməsə sözdə və ya maddi baxımdan kömək lazım olsa, gözüm üstdə edərəm. Ağlıma gəlmir ki, Nisə Qasımova olaraq nə vaxtsa özüm və ya şöhrət üçün yaşayım. Hər kəs yaxşı bilir ki, arxamda dayana biləcək insanın paltarını geyinib, ev və ya maşın aldıra bilərdim. Həmçinin, istədiyim şöhrəti də qazanardım. Ancaq sonda üzərimdə xeyli damğa olacaqdı. O zaman ailəmin üzünə necə baxacaqdım? Həyatda səhvsiz insan yoxdur. İstəyirəm ki, gənclər bu səhvləri etməsin”, – deyə Nisə Qasımova bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image