image-26-04-2023-za-3backend

Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

image-reklam_sirab_01

 

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 aprel 2023-cü il tarixində görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Qeyd olunub ki, Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə və oftalmologiya aləmində ən yüksək akademik Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır.

Xüsusilə vurgulanıb ki, Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli sərkərdə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevi bəxş etmişdir.

Tədbirdə həmçinin Mili Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva,

görkəmli oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, professor Paşa Qəlbinur, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə xanım Quliyeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov akademik Zərifə Əliyevanın mənalı ömrü və parlaq fəaliyyəti ilə bağlı müxtəlif mövzularda çıxış edib, onun elmi irsindən indiki və gələcək nəsillərin, xüsusilə də Azərbaycan gənclərinin hər zaman lazımınca bəhrələnəcəyini bildiriblər.

Çıxışlardan sonra “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” adlı videofilm nümayiş olunub.

Tədbir Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib. Görkəmli incəsənət nümayəndələri və müğənnilər Zərifə xanıma həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki