image-2backend

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib    

image-reklam_sirab_01

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 11 dekabr 2023-cü il tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunda qonaqların və geniş rayon ictimaiyyətinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” adlı anım tədbiri keçirilib.

İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini anıblar.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Dövlət və xalq üçün yaşanan ömür” adlı videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Könül Nurullayeva və şair-tərcüməçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımızın taleyində, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmiş, taleyimizin həll olunduğu ağır bir zamanda Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək özünün şah əsərini – müasir müstəqil Azərbaycanı yaratmışdır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Hələ sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Xüsusilə vurğulanıb ki, Heydər Əliyevin siyasi xətti Azərbaycanın bütün uğurlarının əsasıdır. Bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan Azərbaycanda Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasi xətt çox uğurla davam etdirilir.

Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

image-1 image-2 image-3 image-4 image-5 image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki