image-372920_srcbackend

Növbəti “Dərmanlı Marixuana və Şüşə” əməliyyatı keçirildi

image-reklam_sirab_01

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Binələr kənd sakini Ramil Ağammədovu saxlayıblar. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 22 kiloqram 350 qram olan 23 ədəd çətənə kolu, həmçinin 60 qrama yaxın qurudulmuş marixuana aşkar edilib. Bu barədə Veteninfo.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini Elməddin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki