image-10f45d3cb58f2841de04d8022e94ae751699087001_398315949_10160562401023645_2295475447650639762_n-jpgbackend

Nur üzlü qəhrəman” və “Şəhidlik vurğunu” filmlərinin təqdimatı oldu (FOTOLAR)

image-reklam_sirab_01

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bir ölər, min dirilərik” vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılması layihəsi çərçivəsində hazırladığı filmlərin təqdimat mərasimi keçirilib.

Vətəninfo.az xəbər verir ki, toplantı şəhidlərimizin müqəddəs ruhlarının sayğı duruşu ilə yad edilməsi və dövlət himninin oxunması ilə başlayıb.

Bakı Dövlət Universitetində təşkil olunan tədbirdə çıxış edən DANİB sədri Elməddin Behbud bildirib ki, layihənin məqsədi rəşadətli, müzəffər Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsində göstərdiyi müstəsna igidlikləri, yazdığı qəhərəmanlıq dastanlarını yeniyetmə və gənc nəsilə ötürərək vətənpərvərlik ruhunu yüksəltmək və Azərbaycanın müasir tarixinin zəfər salnaməsini olduğu kimi təbliğ etməkdir.

Təşkilat sədri hamının Prezident İlham Əliyevin “Biz Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq” fikrindən nümunə götürərək xalqımıza qələbə bəxş edən vətən övladlarını daim diqqətə saxlamalı olduğunu vurğulayıb.

Elməddin Behbud layihənin icrası çərçivəsində görülən işlər, filmlərin hazırlanması üçün şəhidlərlə bağlı aparılan araşdırmalar, həmçinin, Bakıda və Naxçıvandakı çəkilişlər barədə məlumat verib. Filmlərdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və dostlarının xatirələri yer alıb. Layihə çərçivəsinə 3 film hazırlanıb:

1. “Nur üzlü qəhrəman” (şəhid Nurəhməd Ulubəyov)
Ətraflı

2. “Şəhidlik vurğunu” (şəhid Hüseyn Tağıyev)

3. “Zamana meydan oxuyan Zaman” (şəhid Zaman Məmmədov)

Toplantıda çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ikinci Qarabağ müharibəsinin çağdaş dövrümüzün ən şanlı səhifəsi olduğunu bildirərək onun tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb. Əliş Ağamirzəyev Azərbaycan gəncliyinin ərazi bütövlüyümüzün bərpası və şəhidlərimizin qisasının alınması üçün göstərdiyi böyük qəhrəmanlıqların əsrlər keçəsə də unudulmayacağına əmin olduğunu deyib. Ə. Ağamirzəyev vətənpərvərlik ruhunun təbliği sahəsinə görülən işlərdən danışıb və bundan sonra da BDU-da şəhidlərimizin xatirəsinin yaşadılması üçün davamlı tədbirlər keçiriləcəyini bildirib.

Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva şəhid və qazilərimizin yalnız ərazilərimizi düşməndən azad etmədiyini, həm də gələcək nəsillər üçün əvəzsiz və misilisiz şəxsi qəhrəmanlıq örnəkləri, yüksək mənəvi irs qoyduqlarını vurğulayıb. Nazir müavini vətən sevgisini tərənnüm edən belə filmlərin hazırlanmasının şəhid ailələrinə kiçik təskinlik oluğunu deyib. İndira Hacıyeva filmlərin nümayişinin regionlarda da təşkil olunacağını bildirib.

Şəhid Nurəhməd Ulubəyovun ailəsi adından çıxış edən Ramiz Fərzəliyev şəhidlərimizə göstərilən ehtirama görə təşkilatçılara təşəkkürünü çatırıb.

Sonra filmlərə baxış keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki