image-3backend

Ölkə, konstitusiyada qəbul olunmuş qanunlar əsasında idarəçilik prinsiplərinə əsaslanır

image-reklam_sirab_01

Hər bir millətin tarixi, dövlətçiliyi, ölkənin dövlət kimi formalaşması əsas qanun olan konstitusiya ilə bağlıdır.
Bu günlər xalqımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımzı işğaldan azad etməsini və 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Gününü xoş bayram ovqatı ilə qeyd edir.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş konstitusiyası müstəqil Azərbaycanın ilk konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü konstitusiyası olub.
Azərbaycanın ilk konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-ci ildə martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni SSRİ-nin 1924-cü il konstitusiyasına müvafiq redaksiya qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSRİ-in yeni ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən konstitusiya qəbul edildi. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il 12 noyabrda keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq konstitusiya qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, ikinci əlavə dəyişikliklər isə 18 mart 2009-cu ildə, son əlavə dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlarının olması ilə fərqlənir. Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.

Günel Rəhimova
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki