image-reklam-veteninfo
image-img-20230712-wa0001backend

Ölkədəki iqtisadi artım tempi müsbətdir

image-reklam-veteninfo

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bildirib ki, “ilin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir”.
Dövlət başçısı açıqlayıb ki, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Keçən dövrdə Azərbaycanın iqtisadi artıma nail olub və 2023-cü ilin 6 ayında bunu qoruyub saxlayıb. Eyni zamanda ilin sonuna qədər artımların olacağı nəzərdə tutulub. Qeyd edək ki, dünyada gedən siyasi proseslər fonunda neftin qiymətinin qalxması Azərbaycanın 2023-ci il dövlət büdcəsində nəzərdə tutulandan yüksək qiymətə satılması büdcəyə daxilolmaları artırıb. Ölkənin builki dövlət büdcəsi rekord həddə – 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir.
Ölkə başçısı qeyd edib ki, mütləq rəqəmlərdə ölkəmizin xarici borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.
Prezident İlham Əliyev bildirib ki, “Azərbaycanın xarici ticarət balansı müsbət səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır”.
Qeyd edilməlidir ki, 2023-ci ilin birinci yarısının yekunları Azərbaycanın  iqtisadi inkişafla bağlı hədəflərə  nail olduğunu göstərir. Azərbaycanda iqtisadi artım tempi proznozlaşdırılandan daha yüksəkdir. Həm regionda, həm də qlobal olaraq iqtisadi inkişafla bağlı çətinliklər var. Dünya iqtisadiyyatında böhrana baxmayaraq Azərbaycan 2023-cü ilin birinci yarısında iqtisadi artım tempini qoruyub saxlamaqla yanaşı, həm də sürətli iqtisadi artıma nail olub.
Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib.
2023-cü ilin 6 ayının nəticələri göstərdi ki, Azərbaycan sürətli iqtisadi artıma malik olan ölkələrdəndir. Ölkəmizin pul vahidi olan manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Ölkədə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.
Bütün bunlar isə növbəti 6 ayda iqtisadi artım tempinin qorunub saxlanması ilə yanaşı, sosial təminatın gücləndirilməsi ilə bağlı fəaliyyətlərin daha da genişləndirilməsinin müşahidə olunacağından xəbər verir. Növbəti dövr üçün də iqtisadi islahatların dərinləşməsi hədəf olaraq qalmaqdadır.

Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki