image-img-20231110-wa0067backend

Ölkəmizin qəhrəmanlıq tarixinə açılan yeni səhifə

image-reklam_sirab_01

Xankəndidə keçirilmiş hərbi parad qəhrəmanlıq tariximizdə açılan yeni səhifədir. Separatçılar Ermənistanın dəstəyi ilə vaxtilə Xankəndinin mərkəzi meydanında hərbi texnikaları nümayiş etdirərək hərbi paradlar keçirməklə məğlubedilməz ordu mifini yaradaraq özlərini də saxta xəyallarına inandırmışdılar. Bu gün isə vaxtilə separatçıların keçirdiyi hərbi paradda nümayiş etdirdiyi hərbi texnikalar Müzəffər Ordumuz tərəfindən zərərsizləşdirilərək hərbi qənimət götürülüb və xüsusi qoşqulu avtomobillərə yükləyərək gətirilib hərbi paradda nümayiş olundu. Bu, bir daha ordumuzun gücünü göstərir. Bu güclü ordunu quran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Prezident İlham Əliyev 20 il əvvəl ilk dəfə prezident seçiləndə ölkənin ərazi bütövlüyünü təmin edəcəyi ilə bağlı xalqa söz vermişdi. Ölkə başçımız 17 il hakimiyyətlik dövründə xalqımızı və ordumuzu addım-addım bu məqsədə yaxınlaşdırırdı. Nəhayət 2020-ci il noyabrın 8-də dövlət bayrağımız Şuşada dalğalandırılıdı. Bayrağımızın Şuşada dalğalanması hərb tarixinin yeni bir dastanı oldu. Çünki, müzəffər əsgər və zabitlərimiz yüngül silahlarla düşmənin ağır texnikasına qarşı döyüşə girmişdi. Düşmən mövqe və texniki üstünlüyə malik olmasına baxmayaraq əsgər və zabitlərimiz qayaları dırmaşaraq düşməni məğlub etdi. Şuşanın azad olunması Xankəndinə bizə yaxınlaşdırdı. Çünki, 44 günlük Vətən müharibəsi başa çatanda Xankəndinin bir addımlığında idik.
Qarabağın separatçıların nəzarəti altındakı ərazilər boz zona olaraq qara yara kimi canmıza ağrı verirdi. Bu qara yara uzun illər idi ki, sağalmaz xəstəliyə çevrilmişdi və özüznün yayıldığı ərazisini genişləndirməyə çalışırdı. Nəhayət bu il 19 sentyabrda Ali Baş Komandan İlham Əliyevin əmri ilə lokal xarakterli antiteror tədbirlərinə başlayan ordumuz 23 saatda uzun illər sağalmayan o qara yaranı birdəfəlik kəsərək atdı.
Torpaqlarımızda erməni separtçılığın məhv olunduğu tabutun axırıncı mismarı da vuruldu və daha ərazilərimizdə boz zona qalmamışdır. Bu il oktyabrın 23-də Prezident İlham Əliyev hakimiyyətə gəlməsinin 20 illiyi günündə verdiyi sözə sadiq qalaraq Xankəndində dövlət bayrağımızı ucaladraq bütün ərazilərimizdə suverenlik bərpa edildi. Bu gün Azərbaycan Respublikası bütövdür. Bütün sərhədlərimiz etibarlı əllərdə mühafizə olunur. Paradlarımız və bayramlarımız işğaldan azad olunmuş ərazilərdə keçirilir. Bayrağımız Azərbaycanın hər bir guşəsində dalğalanır. Bu gün bayrağımız dünya dövlətləri bayraqlarının boy sırasında hamıdan uca görünür. Çünki, XXI əsrdə dünyada öz gücü ilə ərazilərini işağldan azad edərək qalib gələn yeganə ölkə Azərbaycandır. Bayrağımız dünya arenalarında məğrurla, əzəmətlə dalğalanır.
Bayrağımızın gücünü bütün dünya gördü. Düşmənlərimiz qalib bayrağımızı görəndə gözləri tökülür, dostlarımız isə sevinirlər. Dostlarımız isə dünyanın böyük çoxluğudur. Bu qüruru bizə yaşadan Prezident İlham Əliyev, müzəffər ordu və monolit birliyə çevrilmiş xalqımızdır.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki