Avqustun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumatz görə, monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 3 nəfər İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə əsasən cərimə olunub;
– 11 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.