image-1backend

Özbəkistanda türk şöləni: Mehmet Nuri Ersoy Daşkəndə  səfər etdi

image-reklam_sirab_01

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Özbəkistana rəsmi səfərə gəlib. Vətəninfo.az xəbər verir ki, Mehmet Nuri Ersoy Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov ilə görüşüb. Mədəni əlaqələrin daha da gücləndirilməsi üçün bir araya gəlməkdən məmnun olduğunu qeyd edən Ersoy bu görüşün ikitərəfli əlaqələri daha da yüksək səviyyəyə qaldıracağına inandığını bildirib.

2021-ci ilin sonunda Türkiyədə Özbəkistan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan Ersoy deyib: “2025-ci ilin sonunda Özbəkistanda Türkiyə mədəniyyət festivalı təşkil etməyi planlaşdırırıq” .

Özbəkistanın Türkiyədəki Mədəniyyət Yolu Festivallarına da qatıla biləcəyini deyən Ersoy , bu cür əlaqələrin daha da gücləndiriləcəyini bildirib.

“Dilimiz, dinimiz, mədəniyyətimiz və kökümüz birdir”
Özbəkistanın mədəniyyət naziri Ozodbek  Nazarbekov iki ölkənin ali təhsil müəssisələri arasında mədəniyyət və incəsənət təhsili sahəsində məhsuldar layihələrin həyata keçirildiyini, son illər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığının yeni səviyyəyə çatdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki