Pandemiya, (yunanca pandemia – ümumxalq) bütöv bir ərazini, ölkəni və sairə tutan yoluxucu xəstəlik – epidemiya deməkdir. Bir neçə il bundan əvvəl keçirilmiş bir sorğuya əsasən demək olar ki, insanların çox az qismi bu sözün mənasını bilirdi. İndi isə tək Azərbaycanın deyil, bütün dünyanın dilinin əzbəridir.
Covid-19 ilə ilk dəfə 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində aşkar olundu . Yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum virusun yayılmağa başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
COVID-19 müxtəlif insanlara müxtəlif yollarla təsir edir. Yoluxmuş insanların çoxu aşağı və orta səviyyədə xəstələnir və əlavə tibbi yardım olmadan sağalır.
Virusdan müdafiə üçün əllərinizi spirt əsaslı məhsulla mütəmadi dezinfeksiya edin və ya sabunla yuyun. Sabun və spirtli məhlullar virusları öldürmək üçün ən effektiv vasitələrdəndir. Asqırma və ya öskürmə müşahidə etdiyiniz insanlarla aranızda ən az 1 metr məsafə saxlayın. Yoluxmuş şəxs asqırdıqda və ya öskürdükdə virus kiçik damcılar vasitəsilə ətrafa yayılaraq tənəffüs yollarınıza keçə bilər. Mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur. Viruslar isə cansız səth üzərində 4 saatdan 12-saata qədər qala bilirlər. Bu səbəbdən əllərinizə üzünüzə toxunmazdan əvvəl mütlək yumağınız və ya dezinfeksiya etməyiniz tövsiyə olunur. Asqırarkən və ya öskürərkən ağız və ya burnunuzu dirsəyinizin içi və ya kağız dəsmalla örtün. Kağız dəsmalı istifadən dərhal sonra tullayın. Özünüzü pis hiss edirsinizsə evdə qalmağınız tövsiyə olunur. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı müşahidə edilir.
27 Fevral koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq və tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı.Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Rusiya vətəndaşı olan xəstə İrandan gələrkən müəyyən edildi. Daha sonra ölkədə iki hadisə təsdiqləndi və hamısı təcrid edildi. Onlar İrandan qayıdan Azərbaycan vətəndaşları idilər. Həmin gün Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxalların ölkəyə daxil olmasına qadağa qoydu.Daha sonra 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. Daha sonra tarix martın 27-nə qədər uzadıldı. Martın 12-də bir gün əvvəl COVID-19 diaqnozu qoyulmuş qadın öldü. Bu Azərbaycanda koronavirusdan ilk ölüm halı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini müvəqqəti olaraq bağladı. Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxildir. Martın 21-də daha 9 yeni koronavirus infeksiyası faktı qeydə alındı. 22-dən etibarən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, İnternet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edilmişdir. Martın 23-dən etibarən ölkədə bütün böyük ticarət mərkəzləri bağlanıb. Martın 31-də Azərbaycanda ümummilli karantin elan etildi. İnsanlara şəxsi evlərdə və mənzillərdə, daimi və ya müvəqqəti yaşayış yerlərində 20 aprelə qədər qalmaq tələb olunur. Aprelin 2-də bildirildi ki, həyati xidmətlər (təcili tibbi yardım, ərzaq və digər mallar və ya dərmanlar) almaq üçün yaşayış yerini tərk etməyə icazə almalıdırlar. Bunun üçün SMS icazəsi almalıdırlar. Yaşayış yerini həyat və sağlamlığa birbaşa təhlükə yaradan bir vəziyyətdə tərk etmək üçün SMS göndərmək tələb olunmur.
Cənab prezidentin göstərişi ilə pandemiya ilə əlaqədər qısa müddət ərzində modul tipli xəstəxanalar tikilmiş və covid-19 xəstələrinin müalicəsi üçün verilmişdir
Ölkə də hər bir işi planlı şəkildə həyata keçirir. Xalqımızın sağlamlığı üçün ölkəmiz hələ də karantin rejimi davam edir.
Oruczadə Ələviyyə
Azərbaycan Dillər Universiteti